Accessibility links

Pensionerin intiharı Yunanıstanın borclarının qurbanı simvoluna çevrilib

  • Amerikanın səsi

Yunanıstanın paytaxtı Afinanın mərkəzi meydanında 77 yaşlı pensionerin güllə ilə özünü öldürməsi ölkə borclarının qurbanı simvoluna çevrilib. Dimitris Kristulas ölümündən əvvəl demişdi ki, Yunanıstanın iqtisadi ölçülərlə bağlı planı onu pensiyadan məhrum edib. O, zibillikdən qidalandığını və şərəfli ölüm üçün başqa yolu olmadığını bildirmişdi.

Pensionerin ölümü ölkədə yeni etiraz dalğasına yol açıb. Bu gün nümayişçilər onun ölümünü “intihar deyil, dövlətin əli ilə həyata keçirilən qətl” adlandırıb. Dimitris Kristulasın özünü vurduğu yerə çiçək dəstələri qoyulub, şamlar yandırılıb.

XS
SM
MD
LG