Accessibility links

Pentaqon: ABŞ hərbi gəmisi İran gəmilərinin qarşısını almaq deyil, mövqeyini dəyişmək üçün dənizdədir


Amerikanın təyyarə daşıyan USS Theodore Roosevelt gəmisi
Amerikanın təyyarə daşıyan USS Theodore Roosevelt gəmisi

Pentaqon Amerikanın USS Theodore Rousevelt gəmisinin dənizdə təhlükəsizlik əməliyyatlarının bir hissəsi olaraq mövqeyini dəyişdiyini və Yəmən sahilindəki İran gəmilərinin qarşısını almaq üçün bölgədə olmadığını bildirib.

Assoşieyted Press agentliyini bundan öncə adının açıqlanmadığı bir rəsmiyə istinadən təyyarədaşıyan gəminin Yəmənin bir hissəsinə nəzarət edən Huti üsyançılarına silah daşıdığı deyilən İran gəmilərinin qarşısını almaq məqsədilə ABŞ gəmilərinə qoşulduğu haqda xəbər vermişdi.

Lakin Pentaqonun sözçüsü polkovnik Stiv Ourren bu xəbərləri təkzib edərək, Rousevelt gəmisinin dənizdə təhlükəsizlik əməliyyatları ilə əlaqədar olaraq mövqeyini dəyişdiyini deyib.

ABŞ rəsmiləri keçən həftənin sonu müxbirlərə İranın Yəməndə Hutilərə Ədən liman şəhəri vasitəsilə silah daşınmasına yardım məqsədilə silahla dolu yeddi gəmi göndəridyini bildirmişdi.

Ağ Evin sözçüsü Coş Ernest müxbirlərə deyib ki, iranlıların Hutilərı silahla və başqa vasitələrlə yardım etdiyinə dair dəlillər var. “Bu kimi dəstək Yəməndə yalnız zorakılıqların artmasına gətirib çıxara bilər”-deyə o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG