Accessibility links

ABŞ-ın müdafiə nazirliyi İslam Dövləti qrupunun lideri Əbu Bəkr Bağdadinin Amerikanın İraqın şimalında keçən həftənin cümə günü hərbi hava hücumları nəticəsində öldürüldüyü, ya da yaralandığı haqda xəbərləri təsdiq edə bilmədiyini bidirib.

Pentaqonun sözçüsü polkovnik Stiv Uorren ABŞ hərbi qüvvələrinin hücum zamanı xüsusi olaraq Bağdadini hədəf almadığını, lakin qrupun qüvvələrə rəhbərlik etmək qabiliyyətini pozmaq istədiyini bildirib.

Bazar günü İraqın Müdafiə naziri Xalid əl-Ubeydi Facebook səhifəsində açıqladığı mesajında Bağdadinin hava hücumu zamanı yaralandığını bildirib. Bir sıra başqa mənbələr isə Bağdadinin yaxın müşavirlərdən birinin hücum zamanı qətlə yetirildiyi haqda məlumat verib.

Bazar günü ABŞ-ın CBS televiziyasına müsahibə zamanı ABŞ prezidenti Barak Obama hüca hücumlarının cihadçıların qabiliyyətini sıradan çıxarmaq və onların irəliləməsinə imkan verməməkdə effektiv olduğunu deyib.

Prezident Obama bildirib ki, İraqa hərbi qüvvələrə təlim verilməsi üçün əlavə 1500 əsgərin göndərilməsi İslam Dövləti qrupuna qarşı mübarizədə yeni mərhələdir.

XS
SM
MD
LG