Accessibility links

Pentaqon hərbi laboratoriyalara səhvən göndərilən bakteriyaların təhlükəli olduğunu bildirir


Pentaqon rəsmiləri bildirir ki, ABŞ və xarici kommersiya və hərbi laboratoriyalara səhvən göndərilən öldürücü bakteriyaların canlı nümunələri ilkin məlumatda bildirildiyindən daha təhlükəlidir.

İlkin məlumatda Vaşinqton mahalı və 17 ştatda 51 laboratoriya, habelə 3 xarici ölkə Avstraliya, Kanada və Cənubi Koreyanın bakteriyaları qəbul etdikləri deyilir.

Pentaqon rəsmisi bildirib ki, bu rəqəm arta bilər.

Hərbi tibb proqramları üzrə rəsmi bu bakteriyaların ictimayət üçün heç bir təhlükəsi olmadığını deyib.

Rəsmilər bakteriyanın hələlik ölümlə nəticələnən heç bir qəzaya səbəb olmadığını bildirib.

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi hadisə ilə bağlı təhqiqat aparır. Erkən müalicə olunmazsa, bakteriya ilə təmas ölümlə nəticələnə bilər.

XS
SM
MD
LG