Accessibility links

Pentaqon: Liviyada hava zərbələri effektivdir


Pentaqon: Liviyada hava zərbələri effektivdir

Pentaqon: Liviyada hava zərbələri effektivdir

ABŞ həbrçiləri Liviya üzərində BMT-nin təsdiq etdiyi qeyri-uçuş rejiminin tətbiqini effektiv adlandırıblar. Vaşinqtonda yüksək rütbəli hərbi rəsmi müxbirlərə bildirib ki, ABŞ və koalisiya qüvvələri Liviya hökumətinə məxsus hərbi mövqeləri hədəf almaqda davam edəcəklər, lakin Müəmmər Qəzzafinin Tripolidəki iqamətgahı vurulmayacaq.

Hərbi Donanmanın vitse-admiralı William Gortney deyib ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi əməliyyat uğurlu olub. Pentaqonda keçirilən brifinqdə o, deyib ki, hava kampaniyası Liviyanın havadan müdafiə imkanlarını ciddi şəkildə sarsıdıb.

Gortney məlumat verib ki, koalisiya müttəfiqləri şərqi Benqazi yaxınlığındakı hökumət qüvvələrini hədəf alıblar. “Əgər Liviya hökumət qüvvələri müxalifət qüvvələrinə qarşı irəliləyərsə, bəli, biz onlara hücum edəcəyik,” deyə vitse-admiral bildirib.

Pentaqon bildirir ki, qeyri-uçuş zonası Liviyanın üçdə birini əhatə edir və 24 saat ərzində səmada patrul çəkiləcək. Qəzzafinin atəşkəs elan etməsinə baxmayaraq, ABŞ rəsmiləri hərbi əməliyyatların davam edəcəyini bəyan ediblər. Uçuş missiyalarında ABŞ, Britaniya, Fransa, Kanada, İtaliya, Belçika, Danimarka və Qatar iştirak edirlər.

XS
SM
MD
LG