Accessibility links

2015-ci ildə itirdiyimiz məşhurlar [Video]


Keçən il dünyasını dəyişən insanlar arasında musiqiçilər, aktyorlar və siyasətçilər də olub. Onlardan bəziləri məşhurlardır.

İfası və pərəstişkarlartının "The Thrill is Gone" kimi mahnılarını sevdiyi və bluz janrında silinməz izlər buraxan gitaraçı B.B.Kinq. Səhnədə eyni zamanda həm çalmaq, həm də oxumağı sevməyən gitaraçının özünəməxsus ifa stili var idi. B.B.Kinq demək olar ki, 89 yaşa, yəni ölənə qədər səhnəyə çıxdı.

25 ildən çox, “Titanik” filmindəki musiqisinə görə iki dəfə Oskar mükafatı alan, eləcə də bütün məşhur filmlərdəki musiqisi ilə tanınan bəstəkar Ceyms Horner. O, keçən il 61 yaşında təyyarə qəzasında dünyasını dəyişdi.

Bəstəkar Horner şizofreniya xəstəliyindən əziyyət çəkən məşhur riyaziyyatçı Con Nəşin həyatından bəhs edən “A Beautiful Mind” filminə də musiqi yazıb. 1994-cü ildə Nobel mükafatına layiq görülmüş Con Nəş keçən ilin may ayında avtomobil qəzası zamanı öldü.

“Star Trek”-dəki mister Spoku oynayan aktyor Leonard Nimoy həmişə yaddaşlarda qalacaq.

1960-cı illərdə “Ərəbistan Lourensi” filmindən sonra məşhurlaşan, “Doktor Jivaqo” da daxil edilməklə 100-dən çox filmdə çəkilən misirli aktyor Ömər Şərif.

Amerikanın məşhur rəssamı və heykəltəraşı, abstract ustası Elsvort Kelli də dünyasını keçən il dəyişdi. Onun parlaq, həndəsi rəsmləri dünyanın məşhur incəsənət muzeylərində nümayiş etdirilir.

Hollivud haqda skandal hekayələri ilə milyonlarla oxucusunu həyacanlandıran məşhur Caki Kollins. Onun “Hollivud zövcələri” kitabının dünyada 15 milyon nüsxəsi dərc edilib.

XS
SM
MD
LG