Accessibility links

İsrailin sabiq prezidenti və baş naziri Şimon Peres 93 yaşında dünyasını dəyişib.

İki həftə əvvəl beyin qansızması keçirən Peres Tel Haşomer xəstəxanasında vəfat edib.

Onun İsrail siyasətində uzunmüddətli karyerasına iki dəfə baş nazir, prezident, müdafiə və xarici işlər nazirləri vəzifələri daxildir.

Peres Knessetdə yer alan ən uzunmüddətli, 48 illik parlament üzvü olub.

İsrailin baş naziri Benyamin Netanyahu Peresin həyatını İsrail xalqının suverenliyinə həsr etdiyini deyib.

Sülh adamı kimi Peres həyatının son günlərinədək qonşularımızla barışıq və övladlarımızın gələcəyi uğrunda mübarizə aparıb

"Onun baxışları gələcəyə dikilmişdi. O, İsrailin bəzən gözlə görünməyən bir çox sahələrdə təhlükəsizliyini təmin edib. Sülh adamı kimi Peres həyatının son günlərinədək qonşularımızla barışıq və övladlarımızın gələcəyi uğrunda mübarizə aparıb"-deyə Netanyahu bildirib.

ABŞ prezidenti Barak Obama deyib ki, İsraillə ABŞ arasında tərəfdaşlıq yaradılmasında Peres qədər heç kim rol oynamayıb.

Amerikanın sabiq dövlət başçısı Bill Klinton Peresin vəfatı ilə Yaxın Şərqin sülh və barışıq müdafiəçisini itirdiyini bildirib.

Şimon Peres

Şimon Peres

1923-cü ildə Belarusda dünyaya gələn Peres 11 yaşında ikən İsrailə köçüb.

Diplomatiyaya o, 23 yaşında qədəm qoyub.

İsrailin müdafiə naziri vəzifəsinə Şimon Peres 1952-ci ildə 29 yaşında ikən sahib olub. Həmin müddət ərzində yenicə yaradılan İsrail dövlətini müdafiə, fəza sənayesinin inkişafı və müasir silahlarla təmin edib. O, İsrailin heç vaxt təsdiq etmədiyi nüvə proqramı üzərində də çalışıb.

1973-cü ildə Yom Kirup müharibəsi nəticəsində sarsılan ordunu bərpa edərək, o ölkənin müdafiə qabiliyyətini yenidən təsis edib.

Peresin vəfatı ilə Yaxın Şərq sülh və barışıq müdafiəçisini itirib

Şimon Peres Misirlə sülh razılığı əldə edib, Livan və İordaniya ilə gərginliklərin azaldılmasına nail olub.

Onun ən böyük nailiyyəti Fələstinlə əldə edilən Oslo sazişi hesab edilir. 1994-cü ildə həmin saziş ona və Fələstin prezidenti Yasir Ərəfata Nobel sülh mükafatı qazandırıb.

Peres ikinci dəfə baş nazir vəzifəsinə 1995-ci iildə Rabinin sui-qəsdindən sonra təyin edilib.

Peres 2007-2014-cü illər ərzində İsrailin prezidenti vəzifəsində çalışıb.

Israilin sabiq lideri Peres Sülh Fondu yaratmaqla Fələstin, Misir və İordaniya ilə bərabər iqtisadi, təhsil, və mədəni layihələr həyata keçirib.

XS
SM
MD
LG