Accessibility links

İsrail prezidenti Şimon Peres və fələstinlilərin prezidenti Mahmud Abbas Roma Papası Fransisin Vatikana gəlib sülh üçün dua etmək haqda təklifini qəbul etdiklərini bildiriblər.

İordan çayının Qərb sahilində Betlehemdə dini mərasimdə danışan Papa Fransis sülhə çağırıb. Bundan sonra Roma Papası cənab Peresi və cənab Abbası onunla birlikdə dua etmək üçün Vatikana dəvət edib.

İordan çayının Qərb sahilindən sonra Tel Əvivə gedən Papa Fransis İsrail prezidenti Şimon Peres və İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdən sonra o, Qüdsə yollanıb.

Roma Papası Qüdsdə pravoslav xristianların patriarxı Bartolomeo ilə Müqəddəs Məqbərə kilsəsində birgə dua mərasiminə qatılacaq. Xristianlar İsa peyğəmbərin məhz bu yerdə çarmıxa çəkilib dəfn edildiyinə inanır.

Roma Papası Fransis Yaxın Şərqə üç günlük səfər edir.
XS
SM
MD
LG