Accessibility links

Peruda əriməkdə olan buzlaqlar araşdırılır [Video]


Son 30 ildə dünyanın tropik buzlaqlarının beşdə birinin buz və qarları əriyib.

Böyük əraziləri əhatə edən buzlar təkcə qütblərdə mövcud deyil. Yer üzərində bir çox tropik buzlaqlar var və onların ən böyüyü Peruda And dağlarında yerləşir. Amma bu buz kütləsi sürətlə əriyir və gələn 20 ildə tamamilə yox ola bilər. Alimlər isə buzdan nümunələr götürərək iqlim dəyişikliyi ilə bağlı dəyərli məlumat toplamağa çalışırlar.

Biz görürük ki, zaman keçdikcə buzlaqlar daha da çox geri çəkilir. Bunun səbəbi isə temperaturun artmasıdır və əgər temperatur artırsa, bu izotopların konsentrasiyasının yüksək olacağı deməkdir

And dağlarının əhatə etdiyi ölkələr- Boliviya, Peru və Ekvador- su təchizatları üçün böyük buzlaqlardan asılıdırlar. Lakin Dünya Bankı 2009-cu ildə nəşr etdiyi hesabatda iqlim dəyişikliyinin bu buzlaqların tam yox olaraq su, enerji və qida mənbələrini təhlükəyə atacağı barədə xəbərdarlıq etmişdi.

Faktiki olaraq son 30 ildə dünyanın tropik buzlaqlarının beşdə birinin buz və qarları əriyib.

“Bir gün gələcək və Quellcaya buzlaqları olmayacaq və onun burada yaşatdığı tarix yox olacaq. Bu isə o deməkdir ki, biz,Yer Kürəsi isindikcə məhv olmağa doğru gedən tariximizi xilas etməyə çalışırıq.”

Buzun tərkibindəki qovuqları və toz hissəciklərini təhlil edərək alimlər keçmiş iqlim dəyişikləri və vulkan püskürmələri barədə məlumat toplaya bilirlər. Dəlillərə əsasən Cənubi Amerikada ətraf mühitin insanlarla əlaqədar çirklənməsi 16-cı əsrdə, ispan istilaçılar yerli əhalini mədənlərdən gümüş çıxarmağa məcbur etdiyində başlayıb.

“Buzlaqlar əridiyində çirkləndiricilər ətraf mühitə buraxılacağı üçün biz bu çirklənmənin kəmiyyətini müəyyən etmək istəyirik ki, onun insanların sağlamlığına təsirinin olub-olmadığını da müəyyən edək.”

Amma ətraf mühitin çirklənməsi və buzların daha sürətlə əriməsi 20-ci əsrdə başlayıb. 33 illik müddət ərzində çəkilən fotoşəkillərdə buzlaqlardan birinin 50 faiz azaldığı göstərilir.

Buzlaqlar əridiyində çirkləndiricilər ətraf mühitə buraxılacağı üçün biz bu çirklənmənin kəmiyyətini müəyyən etmək istəyirik

“Biz görürük ki, zaman keçdikcə buzlaqlar daha da çox geri çəkilir. Bunun səbəbi isə temperaturun artmasıdır və əgər temperatur artırsa, bu izotopların konsentrasiyasının yüksək olacağı deməkdir.”

Alimlərin sözlərinə görə, Quelccaya buzlaqları Yer Kürəsində sənaye dövründən öncə insanların havanın keyfiyyətinə təsirlərini tədqiq etmək üçün çox az sayda yerlərdən biridir.

XS
SM
MD
LG