Accessibility links

Peruda leysan yağışlar səbəbilə 100 mindən çox insan evsiz qalıb


APTOPIX Peru Floods

Perulular yanvar ayından bəri 75 nəfərin ölümü, 100 mindən çox insanın isə evsiz qalması ilə nəticələnən leysan yağışların səbəb olduğu qar uçqunu, daşqınlar və sellərin öhdəsindən gəlməyə çalışırlar.

Şənbə günü Perunun paytaxtı Limada tıxanan su təmizləmə sistemləri təmiz su çatışmazlığına səbəb olandan sonra sakinlər içməli su üçün uzun növbələrə durub. Hətta supermarketlərdə belə su çatışmazlığının olduğunu bildirilir.

Peru sahili yaxınlığında Sakit Okean sularının qəfil və anormal bir şəkildə istləşməsi son on illərin ən güclü yağışlarına gətirib çıxarıb. Daşan çayların suları insan və maşınları aparıb, məhsulları məhv edib.

Bu yağışlı mövsüm zamanı hər zamankindən 10 dəfə çox yağış yağıb.

Ölkənin Fövqəladə Hallar Mərkəzi bildirib ki, ilin əvvəlindən bəri 99 min perulu sahib olduğu hər şeyi itirib.

Yağışın təsirinə məruz qalmış ərazilərə təyyarə və ya gəmilər vasitəsilə hökümət və fərdi şəxslərdən humanitar yardım çatdırılıb.

XS
SM
MD
LG