Accessibility links

MTN əməkdaşları vəkildən Pərviz Həşimli ilə görüşündən qeydləri tələb ediblər


Pərviz Həşimli
Pərviz Həşimli
Oktyabrın 2-də vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirlyinin (MTN) təcridxanasında jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

Vəkil Amerikanın Səsinə bildirib ki, MTN əməkdaşları ondan jurnalist Pərviz Həşimli ilə görüşündə etdiyi qeydlərin verilməsini tələb edib.

“Onların tələbindən imtina edəndən sonra təxminən 30 dəqiqə məni gözlətdilər və daha sonra məcburi olaraq qeydlərimi alıb baxdılar. Mənə dedilər ki, rəhbərliyin göstərişidir”, E.Sadıqov qeyd edib.

O MTN əməkdaşlarının hərəkətlərinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun pozulması kimi qiymətləndirib və prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Ombudsman Elmira Süleymanovaya və Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə müraciət edib.

Məsələ ilə bağlı MTN-dən şərh almaq mümkün olmayıb.

Həmçinin vəkil P.Həşimlinin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətin qaldırıldığını bildirib.

Pərviz Həşimli “Bizim yol” qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri, müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür. O,sentyabrın 17-də qaçaqmalçılıq və qanyunsuz silah saxlamaq ittihamı ilə həbs olunub.

P.Həşimli ittihamların uydurma və siyasi motivli olduğunu bildirir. Bir çox yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları jurnalistin həbsini pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG