Accessibility links

Pərviz Həşimlinin atası: Oğlum terrorçu deyil [Video]


Vəkil jurnalistə qarşı irəli sürülən ittihamları əsassız sayır. Ailə üzvləri Həşimlinin evinə silah-sursta qoyulduğunu bildirir

Oğlum Pərviz Həşimlinin günahı yoxdur. Ona qarşı irəli sürülən ittihamların hər hansı əsası yoxdur. Mən terrorçu, Əl-Qaidəçi övlad böyütməmişəm. Mənim övladalrım və şagirdlərim yüksək təhsilə malik ziyalılardır. Bu bəyanatla sentyabrın 17-də həbs edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin müdafiəsi məqsədi ilə bu gün keçirilən mətbuat konfransına onun atası Kamran Həşimmli çıxış edib.

Kamran Həşimli 40 ildir kimya dərsi tədris edir, iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun oğlu “Bizim Yol” qəzetinin müxbiri, Moderator.az saytının direktoru, hüquq müdafiəçisi Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib.

O guya Gəncədən sovqat gətirmiş bir şəxs (Təvəkkül Qurbanov) tərəfindən redakisyadan küçəyə dəvət edilib. Bu zaman Həşimli MTN əməkdaşları tərəfindən saxlanıb.

MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, Pərviz Həşimli və Təvəkkül Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə tutulub.

Sentyabrın 18-də məhkəmə Həşimlinin barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həşimli müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür.
Atası bildirib ki, MTN son dövrlərdə Pərviz Həşimlini ələ almaq təşəbbüsündə olub. Bununla bağlı ona təzyiqlər olub, jurnalist izlənib. O MTN-nin təkliflərini qəbul etməyib.

“Pərvizə təzyiqlər edilib ki, AXCP sədrin Əli Kərimlinin əleyhinə bəyanatlar versin. O bunu qəbul etməyib”, K.Həşimli qedy edib.

Jurnalistin həyat yoldaşı İlahə Həşimli MTN əməkdaşlarının evlərinə basqın etdiyini deyib. Onun sözlərinə görə, evlərində hər hansı silah və sursatın olmasından söhbət gedə bilməz.

“20-dən çox MTN əməkdaşı evimizə hücum etdi. Onlar məhkəmə qərarı təqdim etmədilər. Evimin pəncərəsininin dəmir barmaqalrını qırıb içəri daxil oldular. Bundan sonra da icazəm olmadan, məhkəmə qərarı təqdim edilmədən, məndən heç nə soruşmadan axtarışa başladırlar. Guya divanın altından uşağımın oyuncağının yanından tapança tapdıqlarını dedilər. Sonra isə həyətdə balaca “əl damı” dediyimiz yerdən bir salafan torba çıxardılar. Torbanın içərisində kağıza bükülmüş qumbaralar var idi. Bunların hamısı MTN-çilər tərəfindən qoyulub. Sonda isə tərtib etdikləri protokolu mənə təqdim etmədilər”, o qeyd edib.

“Milli Təhlükəsizlik Naziri prezidentin qarşısnda əlini qurana bassın ki, doğrudan da oğlumun evindən silah-susat tapılıb, və ya onun silahla əlaqəsi var. Azərbaycan yeganə ölkədir ki, məmurlar prezidentə yalan məlumatlar verir”, Kamran Həşimli bildirib.

İlahə Həşimova deyib ki, MTN-çilər evin həyətinə daxil olan kimi orada evinin təhlükəsizliyi üçün quraşdırəlmış video kameraları zərəsizləşidirib, qırıb.
Vəkil Elçin Sadıqovun fikrincə, Pərviz Həşimlinin həbsi qanunsuzdur. Ona qarşı irəli sürülən ittihamların əsası yoxdur və sübut olunmayıb.

“Bir nəfərin sözü ilə insanı həbs etmək qanunsuzluqdur. Təvəkkül Qurbanov deyib ki, İrandan Pərviz Həşimliyə çatacaq 6 Makarov tapançası və 40 güllə gətirib. Pərviz Həşimli həmin şəxsi tanımır və bir dəfə belə görməyib”, vəkil qeyd edib.

Onun sözlərinə görə, MTN-nin əməkdaşları Pərviz Həşimlinin həbsi zamanı və dünən məhkəmədə ona qarşı insan şəxsiyyətini alçaldan hərəkətlər ediblər.

“Saxlanma zamanı Pərvizə qarşı güc təbiq olunub, onun dizində və qolunda zədə var. Məhkəmədən sonra isə jurnalistin başına torba keçiriblər. Bunlar Azərbaycan qanunvericiliyinə və Avropa İnsan Haqları konvensiyasına ziddir”, Sadıqov deyib.

Vəkil cinayət işinin istintaqının MTN-dən alınaraq Baş Prokurorluğa verilməsini istəyir.
“Çünki MTN jurnalistə qarşı qərəzlidir”, o qeyd edib.

Mətbuat konfransında iştirak edən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov AXCP adından Pərviz Həşimliyə və onun ailəsinə təşəkkür bildirib.

“O ağır günlərində belə əqidəsindən dönməyib. Pərviz Həşimlinin həbsi siyasi sifarişdir. Bu həbs yalnız Həşimliyə qarşı deyil, AXCP və onun sədri Əli Kərimliyə qarşı yönəlib”, o qeyd edib.

Çoxsaylı hüquq müdafiə təşkilatları, siyasi partiyalar Həşimlinin həbsini pisləyən bəyanatla çıxış edib.

Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir ki, Pərviz Həşimlinin seçki kampaniyası dövründə həbsi təsadüfi deyil və siyasi sifariş kimi qiymətləndirilməlidir.
“Seçki ərəfəsində hakimiyyətin həyata keçirdiyi bu həbs əslində, cəmiyyətdə qorxu hissini gücləndirməyə xidmət edir. Iqtidar ictimai-siyasi fəalları, jurnalistləri qeyri-qanuni həbsə atmaqla artan siyasi fəallığın qarşısını almağa çalışır.

Milli Şura Pərviz Həşimlinin dərhal azadlğa buraxılmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla xalqın artan narazılığnın qarşısını almağa nail olmayacaq”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG