Accessibility links

Jurnalistlər Pərviz Həşimlinin azadlığa buraxılmasını tələb edir


Pərviz Həşimli

Pərviz Həşimli

50-dən çox jurnalist Həşimlinin həbsinə etiraz bəyanatı imzalayıb

Azərbaycanın 50-dən çox jurnalisti Pərviz Həşimlinin dərhal həbsdən azad edilməsini tələb edir.

Jurnalistlərin imzaladığı bəyanatda deyilir ki, beynəlxalq təşkilatlar məsələni diqqətdə saxlamağa çağırılır.

“Vəkil Elçin Sadıqov artıq iki dəfə məhbus jurnalistin yanına buraxılmayıb. Bu ciddi hüquq pozuntusudur”, sənəddə qeyd edilir.

Jurnalistlər hesab edirlər ki, Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyində işgəncələrə məruz qalır, buna görə vəkilin onunla görüşünə imkan verilmir.

Eyni zamanda, Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimova prezident İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya, ombudsman aparatına, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova həyat yoldaşının ən qısa zamanda azad buraxılmasına yardım etmək xahişi ilə müraciət edib.

Pərviz Həşimli sentyabrın 17-də silah qaçaqmalçılığı, həmçinin qanunsuz silah saxlamaq, əldə etmək və satmaq ittihamı ilə həbs edilib.

Bir müddət əvvəl o, doğmalarına və yaxınlarına bildirib ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu hədələyərək, müxalif Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin əleyhinə bəyanatlar verməyi tələb edirlər. Lakin Həşimli bundan imtina edib və təzyiq haqqında ABŞ səfirliyinə məlumat verib. Bir müddət sonra o, həbs edilib.

Pərviz Həşimli ittihamı qəbul etmir və həbsini sifariş sayır.
XS
SM
MD
LG