Accessibility links

Jurnalist Pərviz Həşimlinin məhkəməsi başlayır [video]


O, ittihamı siyasi motivli hesab edir

Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə silah qaçaqmalçılığı və qanunsuz silah ticarətində ittiham olunan jurnalist Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun işi üzrə hazırlıq iclası başa çatıb.

İclas zamanı Həşimli yenidən MTN-nin istintaq təcridxanasında saxlanma şəraitindən şikayət edib.

O, bildirib ki, martın 6-da onu 1 saatlıq gəzintidən məhrum ediblər. O, həmçinin əvvəlki kimi doğmaları ilə görüş verilmədiyini və onlarla telefonla danışmaq imkanından məhrum edildiyini deyib. Hakimdən hüquqlarının təmin edilməsi məqsədilə istintaq təcridxanasına ailə üzvləri ilə görüşməsi üçün məktub göndərməsinə xahiş edib.

Buna cavabda hakim deyib ki, bu məsələlər MTN istintaq təcridxanasının vəzifəli şəxslərinin səlahiyyətinə aiddir, o, buna müdaxilə edə bilməz.

Daha sonra Həşimli bildirib ki, istintaq təcridxanasından müxtəlif dövlət təşkilatlarına müraciətləri cavabsız qalıb.

Hakim bununla əlaqədar deyib ki, məhkəmə işə ittiham çərçivəsində baxır və cinayət işi ilə əlaqəsi olmayan başqa məsələlərə toxuna bilməz.

“Biz hüquq-mühafizə orqanı deyilik”, deyə hakim bildirib.

“Deməli, hüquqlarımın pozulması sizi qane edir”, deyə Həşimli öz növbəsində bildirib.

Sonra məhkəmə növbəti iclasın 11 mart saat 10.00-da keçiriləcəyini elan edib.

Həşimli 17 sentyabr 2013-cü ildə silah qaçaqmalçılığı və qanunsuz silah ticarəti ittihamı ilə həbs edilib.

O, ittihamı siyasi motivli hesab edir.

Jurnalistin doğmaları bildiriblər ki, ondan AXCP lideri Əli Kərimliyə qarşı müxtəlif ifşaedici məqalələr dərc etməyi tələb ediblər, amma o, imtina edib və indi buna görə onu cəzalandırırlar.

Jurnalist Pərviz Həşimlinin məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG