Accessibility links

Pərviz Həşimlinin kassasiya şikayətinə baxılacaq


Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb
Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Noyabrın 12-də saat 11-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Pərviz Həşimlinin işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 7 iyul 2014-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verilmiş kassasiya şikayətinə baxılacaq. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Bu il mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi), 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) maddələri ilə təqsirli bilib.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O ittihamları qəbul etmir və həbsini siyasi sifariş hesab edir.

XS
SM
MD
LG