Accessibility links

Jurnalistin apellyasiya şikayəti təmin edilməyib


Pərviz Həşimli (Foto Ülvi Həsənlinindir)

Pərviz Həşimli (Foto Ülvi Həsənlinindir)

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikayətini təmin etməyib. Məhkəmə jurnalist barəsində ittiham hökmünü qüvvədə saxlayıb. Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Vəkil apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 15-də onu qanunsuz silah və döyüş sursatları saxlamaqda, istifadə etməkdə, silah və döyüş sursatları qaçaqmalçılığında təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edib.

Həşimli bildirib ki, bu iş üzrə təqsirləndirilən digər şəxs – Qurbanov ona böhtan atıb.

Hüquq müdafiəçiləri Həşimlini siyasi məhbus elan ediblər.

XS
SM
MD
LG