Accessibility links

Pərviz Həşimli və keçmiş nazir müavinin sürücüsü cərimə edilib


 Pərviz Həşimli

Pərviz Həşimli

Bakının Nərimanov rayon Məhkəməsində Gununsesi.info saytının baş redaktoru, sabiq vicdan məhbusu Pərviz Həşimli ilə keçmiş milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü Zöhrab Muradov arasında avqustun 18-dəbaş vermiş insidentlə bağlı məhkəmə olub.

Pərviz Həşimlinin sözlərinə görə, məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təqdimatına əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə daxil olan protokolla əlaqədar P.Həşimliyə və Z.Muradova 50 manat məbləğində cərimə cəzası kəsilib.

P.Həşimli məhkəmənin qərarı ilə razılaşmır, qərardan yuxarı məhkəmə instansiyasına şikayət verəcəyini bildirib.

XS
SM
MD
LG