Accessibility links

Peşmərgə döyüşçüləri Kərkükdə [Video]


Peşmərgə döyüşçüləri Kərkükdə
please wait

No media source currently available

0:00 0:02:36 0:00

İraq Kürdüstanının regional hökuməti neftlə zəngin Kərkükü vilayətinin təhlükəsizliyinin qorunması üçün milli qvardiyası-Peşmərgəni bölgəyə göndərib. Bu addımla Kürdüstan hökuməti rəsmən nəzarəti altında olan 3 vilayətə Kərkükü də əlavə etmiş olur. Neft müstəqilliyi Kürdüstan iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edə bilər.

İraqın şimal bölgəsində yerləşən Kərkük neft bolluğu ilə tanınır. Etnik parçalanmaya məruz qalan şəhər ərəblər, türkmənlər və kürdlərin mübarizə meydanı olub. İndi isə İŞİD burada terrorçuluğa meydan açıb.

İyun ayında güclü döyüşçüləri ilə tanınan Peşmərgə qüvvələri Kərkükdə sabitliyin bərqaqərar edilməsi səylərinə start verərək, təbii sərvətlərin qorunmasına qalxıb.

Kərkükdəki monument vilayətin neft və mübarizə simvoludur.

Peshmerqa üzvü Məhəmməd Svani neftin Bağdad deyil, kürdlərə məxsus olduğunu deyir. “Bura Kürdüstan ərazisidir. Neft də Kürdüstanındır. Biz Kürdüstanın digər bölgələrini müdafiə etdiyimiz kimi nefti də, bu ərazini də müdafiə etməliyik.”

Peşmərgə burada sabitlik və sülhü, habelə müstəqilliklərinin təməli hesab etdiyi neft sahələrini necə müdafiə edir?

Ordu keşikdə, silahlar daim hazır vəziyyətdədir.

Peşmərgə keşikçilərinin məqsədi birdir. Problem yaradan silahlarla üzləşəcək. İyun ayından bəri Kərkükdə son onilliklər ərzində heç olmamış sakitlik hökm sürür. Şəhər müdafiə olunur. İŞİD buranı tərk etməli olub.

İraq hökumətinin bəzi qüvvələri silahlarını yerə qoyub, İŞİD-in müqavimətindən qaçıb. Lakin Peşmərgə bunun əksini edib. İŞİD-in tərkib hissəsi olan Daşı buradan uzaqlaşdırb. Peshmərgı üzvü Kamal Məhəmməd Mustafa: “Daş Kərkükə nəzarət etmək istəyirdi. Biz bunu eşitdikdə gəlib, Kərkükü onların əlindən aldıq.”

Neftlə zəngin Kərkük indi kürdlərin əlindədir. Şimaldan Türkiyənin Ceyhan limanına neft daşımaq üçün boru xətlərinin səmti dəyişdirilib.

İraqın mərkəzi hökuməti Kərkükün kürdlər tərəfindən ələ keçirilməsinə qəzəbli reaksiyalar verir. Lakin kürdlərin niyyəti açıqdır. Kərkük Bağdada qaytarılmayacaq.

Kamal Məhəmməd Mustafa: “Neft Kürdüstanın gələcəyi deməkdir. Neft olmasa, gələcək də yoxdur.”

Peshmergə Bağdad Kərkükü güc yolu ilə almaq istəsə, döyüşlərə hazır olduğunu bildirir.

XS
SM
MD
LG