Accessibility links

Peskov: Moskva ABŞ-la münasibətlərdə hələlik inkişaf görmür


Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov CNN tele şirkətinə müsahibəsi zamanı prezident Donald Trampın hakimiyyətə gəlməsindən təxminən iki ay keçsə də Moskva və ABŞ arasında münasibətlərdə hələlik inkişafa işarələr görünmədiyini deyib.

Peskovun bildirdiyinə görə, Rusiya hələlik iki ölkə arasında dialoqun nə zaman başlaya biləcəyi haqda təsəvvürə malik deyil.

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına toxunan Peskov qeyd edib ki, "Rusiya heç vaxt sanksiyaların aradan götürülməsinin gündəmə salınması məsələsini qaldırmayacaq".

Peskov həmçinin Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı açıqlamalara da toxunub. O deyib ki, ABŞ kəşfiyyat orqanları Rusiyanın 2016-cı il prezident seçkilərində Trampın qələbəsinə kömək məqsədilə prosesə müdaxilə etdiyini tam əminliklə iddia edə bilmədiyini düşünür.

"Biz bilmirik bu sözlər nə üçün deyilib. Bir heç bir sübut görməmişik və biz etibar edilməli diqqətə layiq heç bir söz eşitməmişik. İctimaiyyət üçün ABŞ-ın xüsusi xidmət orqanlarından birinin hesabatını görmüşük və mən deyə bilmərəm ki, bu, etibar edilməli yüksək səviyyəli bir sənəd deyil"-deyə o bildirib.

ABŞ kəşfiyyat orqanları Rusiyanın Trampın demokrat opponenti olan keçmiş dövlət katibi Hillari Klintonu məğlub edə bilməsinə kömək məqsədilə seçkiyə müdaxilə etdiyinə dair nəticə çıxarıb.

Konqresin bir neçə komitəsi Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı və Trampın kampaniya üzvlərinin Rusiya rəsmiləri ilə noyabr seçkilərindən öncə və sonrakı kontaktlarına dair təhqiqat aparır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG