Accessibility links

Emin Hüseynov: Petisiyaların rəsmiləşdirilməsi qarşıdurmanı azaldar (Video)


Emin Hüseynov: Petisiyaların rəsmiləşdirilməsi qarşıdurmanı azaldar
please wait

No media source currently available

0:00 0:10:13 0:00

Emin Hüseynov: Petisiyaların rəsmiləşdirilməsi qarşıdurmanı azaldar

RATİ direktorunun fkrincə, kütləvi narazılıqlar hakimiyyətin cəmiyyətlə dialoqu olmadığı üçün yaranır

İnternetə nəzarət etmək istəyən hakimiyyət xalqın səsini eşitmək istəmir.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, virtual məkana texniki cəhətdən nəzarət mümkündür, amma qadağalara riayət etməmək də texniki cəhətdən mümkündür. Buna görə prinsipcə təhlükəli olan qanunlar və aktlar qəbul etmək səmərəli deyil.

Təhlükəli olan qanunlar və aktlar qəbul etmək səmərəli deyil.

Hakimiyyətin uşaqların İnternetə çıxışının məhdudlaşdırılması, virtual resursların məsuliyyətinin artırılması, İnternet TV-nin lisenziyalaşdırılması zərurəti haqqında təşəbbüsləri həyata keçirilərsə, ölkə qlobal İnternet şəbəkəsi yerinə İntranet – lokal, ümumi nəzarət olunan virtual informasiya məkanı əldə edəcək.

Şimali Koreyada olduğu kimi alınacaq, bir fərqlə ki, Azərbaycan Avropa Şurasının, ATƏT-in, digər nüfuzlu beynəlxalq qurumların üzvüdür və onlar qarşısında bir sıra öhdəlikləri var.

Rusiyada Google axtarış saytı, Youtube və pulsuz blogspot hostingi qadağan edilmiş saytların vahid reeystrinin qara siyahısına daxil edilib. Bu zaman Moskva dünya ictimaiyyətinə bu tədbirlərin məqsədini izah edə bilmədi. Azərbaycanda da məhz bu resurslar və üstəgəl Twitter qadağan edilə bilər.

İnternet hakimiyyətin cəmiyyətlə dialoqu üçün ən effektiv vasitədir.

İnternet hakimiyyətin cəmiyyətlə dialoqu üçün ən effektiv vasitədir. Bu günlərdə dünya azərbaycanlıları ABŞ prezidentinə Xocalı ilə bağlı ədalətlilik haqqında müraciətə 100 mindən çox imza topladılar. Ağ Evin saytında yerləşdirilmiş müraciətə Administrasiya nümayəndələri və Barak Obama özü cavab verib. Ona görə cavab veriblər ki, davranış mədəniyyətinə və cəmiyyət qarşısında, həmin 100 min imza qarşısında məsuliyyətlilik mədəniyyətinə riayət olunub.

Azərbaycanda da prezident öz xidmətlərinə Facebook, Twitter və digər saytlarda onun səhifəsini açmağı tapşıra bilər ki, yaxınlaşmaqda olan xalq etirazlarına preventiv reaksiya vermək mümkün olsun. Bu halda elə İsmayıllı və ya Quba
Azərbaycanda da prezident öz xidmətlərinə Facebook, Twitter və digər saytlarda onun səhifəsini açmağı tapşıra bilər ki, yaxınlaşmaqda olan xalq etirazlarına preventiv reaksiya vermək mümkün olsun.

rayon fəalları müraciət edib, yüzlərlə imza toplayaraq, öz ictimai rəylərini bildirə bilərdilər. Münaqişənin lokallaşdırılması və kütlələrin narazılığının qarşısının alınması üçün bu, kifayət edərdi.

Xalqla əks əlaqənin mövcudluğu bugünki cəmiyyətin normal idarə olunmasının yeganə yoludur və İnternet bunun üçün ən səmərəli vasitədir, deyə o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG