Accessibility links

Ukrayna prezidenti Petro Poroşenko bu həftə Ukrayna-Rusiya sərhədində nəzarəti ələ almaq üçün orduya “həlledici tədbirlər” görülməsi haqda əmr verib.

Yüksək rütbəli rəsmilərə müraciət edən cənab Poroşenko hərbi əməliyyatın bir həftədən çox davam etməyəcəyinə ümid etdiyini deyib və bunun rusiyapərəst separatçılarla barışıq və sülh danışıqlarına gətirib çıxaracağını bildirib.

O eyni zamanda Ukrayna qoşunlarının sərhədin 10 faizdən çox hissəsinə nəzarəti ələ aldığını deyib və Rusiyadan hərbi təchzatların ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd keşik mənətqələrinin mövcudluğunu vurğulayıb.

Poroşenko bu açıqlamanı Rusiyanın nəhəng enerji şirkəti Gazpromun enerjiyə böyük ehtiyacı olan Ukraynaya təbii qaz axınını dayandırdıqdan bir neçə saat sonra verib.

Gazprom bildirib ki, Ukrayna bundan sonra təbii qaza görə ödənişi əvvəlcədən etməlidir.
XS
SM
MD
LG