Accessibility links

Elm

Peyklər dəniz səviyyəsinin sürətlə artdığını göstərir [Video]


ABŞ və Avropadan olan alimlər getdikçə artan qlobal dəniz səviyyəsi haqda məlumat toplamaq üçün fəzaya göndərilən ən son peyk üzərində fikirlərini cəmləşdiriblər. Ceyson-3 peykinin missiyası əlavə 20 il uzadılıb. Bu iki ABŞ şirkəti və onlarla əməkdaşlıq edən Avropa təşkilatlarının aldıqları qərarın nəticəsidir. Əldə olunan son məlumatlar göstərir ki, dəniz səviyyəsi sürətlə artır. Alimlər deyir ki, bu məlumatlar həmçinin iqlim dəyişikliyinə işarə edir.

2005-ci ildə baş vermiş Katrina qasırğası ABŞ tarixində ən çox insan təlafatı ilə nəticələnmiş təbii fəlakətdir. Mindən çox insan həlak olub və körfəzdə yerləşən evlər qasırğa nəticəsində dağılıb. Dağıntıya səbəb digər amil isə dəniz səviyyəsinin artmasıdır.

Coş Villis: “Okeanda su səviyyəsinin artması problemləri özündə gətirir. Fırtına, dalğaların yüksəkliyi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan hadisələrdir.”

Son 20 ildə fəzaya göndərilən peyklərdən toplanan məlumatlar alimlərə qlobal dəniz səviyyəsinin vəziyyətini göstərir. Fəzaya göndərilən son peyk Ceyson-3 adlanır. Saniyədə bir neçə min dəfə Ceyson okean səthinə radar göndərir.

Coş Villis: “Bizim peyk məlumatlarımız 25 il geriyə qədər gedir. Bizdə okeanın necə dəyişdiyinin ölçüləri var. Bu rəqəmlər min illərə əsaslanır. Son 2000 ildə dəniz səviyyəsi və iqlim dəyişikliyi stabil olub. Son 100 ildə planetin qızması ilə dəniz səviyyəsi qəfildən qalxmağa başlayıb.”

Hər hansı materialı qızdırsan genişlənəcək. Bu sıraya dəniz suyu da daxildir.

Ceyson-3 peyki dəniz səthinin yüksəkliyini ölçməyə başladıqda alimlər okeanda əlavə nə qədər istiliyin saxlandığını hesablaya bilərlər. İstixanalardan çıxan qaz planetin istiliyinin 90 faizini təşkil edir və bu okeana axır.

Alimlər deyir ki, Ceyson-3 peykindən əldə olunan məlumatlar dəniz səviyyəsinin artmasının yaradacağı qlobal təsirə nəzarət etməyə kömək edəcək.

Ceyson-3 peyki 3-5 ildən sonra missiyasını başa vurduqdan sonra alimlər başqa bir peyki fəzaya göndərərək dəniz səviyyəsindəki artımı müşahidə edəcək.

XS
SM
MD
LG