Accessibility links

Gürcüstan televiziyaları Azərbaycan peykində yayıma keçir


Azərbaycan peyki

Azərbaycan peyki

“ObieqtivTV”, “2TV”, “Comedy Arkhi”, “VipTV”, “Trialeti”, “TV3”, “GDS TV” və “Quality Channl” telekanalları test yayım sınağından keçir

“Azərkosmos” ASC Gürcüstan telekanallarının Azərbaycanın “Azerspace/Africasat-1a” telekommunikasiya vasitəsilə açıq formatda yayım testinə başlayıb.

Turan agentliyinin məlumatına görə hazırda Azərbaycan peyki vasitəsi ilə Gürcüstanın “ObieqtivTV”, “2TV”, “Comedy Arkhi”, “VipTV”, “Trialeti”, “TV3”, “GDS TV” və “Quality Channl” telekanalları test yayım sınağından keçir.

“Azerspace/Africasat-1a” peyki vasitəsilə 80-dən çox teleradiokanal yayımlanır. Peyk 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.

Azərbaycanin ilk telekommunikasiya peyki 2013-cü ildə orbitə çıxarılıb. Peyk rəqəmsal televizyaya xidmət, məlumatların ötürülməsi, VSAT üçün milli servislərin yaradılması və hökumət rabitəsinin təminatı üçün nəzərdə tutulur.

“Azespace/Africasat-1a” peykinin xidmət zonasına Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
XS
SM
MD
LG