Accessibility links

Birləşmiş Ştatların Üzgüçülük Təşkilatı 2012-ci ildə London Olimpiya Oyunlarında 6 medal qazandıqdan sonra idmanı tərk edən Maykl Felpsin geri döndüyünü bəyan edib. Felpsin gələn həftə Birləşmiş Ştatların Arizona ştatında keçiriləcək yarışlara qatılacağı deyilir.

18-i qızıl olmaqla, ümumilikdə 22 medal qazanan Felpsin 2016-cı ildə Rio Olimpiya Oyunlarında iştirak edəcəyi də gözlənilir. Çempionun məşqçisi Bob Bouman Associated Press-ə verdiyi müsahibəsində deyib ki, Felpsin üzgüçülüyü uzun müddət davam edib-etməyəcəyi hadisələrin gedişatından asılı olacaq.

Felps üç kateqoriyada - 50 metrlik və 100 metrlik sərbəst stil və 100 metrlik kəpənək stilli üzgüçülükdə yarışacaq.

Mümkündür ki, Felps bundan öncə avqustun 6-10-da keçiriləcək ABŞ çempionatında iştirak etsin.
XS
SM
MD
LG