Accessibility links

Bu gün Filadelfiya şəhərinin mərkəzində dördmərtəbəli bina uçub. Yanğınsöndürmə İdarəsinin sözçüsünün dediyinə görə, yardım işçiləri binanın altında qalan insanları axtarır.

Filadelfiya Yanğınsöndürmə İdarəsinin komissarı Lloyd Ayers uçan binanın altında 10 nəfərdən çox insanın qaldığını bildirib. ABC kanalının Filadelfiya şöbəsinın bildirdiyinə görə, dağıntılar altından 5 nəfər çıxarılıb və xəstəxanaya çatdırlıb.


XS
SM
MD
LG