Accessibility links

Filippin hökuməti ordusunun baş komandanı, general Eduardo Ano Əbu- Səyyaf yaraqlı qrupunun əsas komandirlərindən birinin öldürüldüyünü bildirib.

Eduardo Ano

Eduardo Ano

Generalın dediyinə görə, Əbu Rami kimi tanının Müəmmar Askalinin cəsədi ölkənin cənubunda Bohol adasındakı kənddə, ordu ilə Əbu Səyyaf döyüşçüləri ilə qarşıdurması zamanı aşkar edilib.

Müəmmar Askalinin keçən il iki kanadalının, bu ilin fevral ayında isə bir almaniyalının girov götürülərək, başlarının kəsilməsində əli olduğu deyilir.

Ordu Əbu Səyyaf döyüşçülərinin Bohol adasındakı İnabanqa kəndinə qayıqlarla yeni girovlar götürmək üçün gəldiklərini deyib.

Yaraqlılarla qarşıdurmanın hökumət qüvvələrinin kənddə yoxlanış apardığı zaman baş verdiyi və atışma zamanı 6 yaraqlının, 3 əsgərin və bir polis işçisinin öldüyü haqda xəbər verilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG