Accessibility links

Filippin adalarında qasırğa 1200 adamın ölümünə səbəb olub



Filippin adalarında qasırğa 1200 adamın ölümünə səbəb olub. Dağıntıları təmizləmək mümkün olmadığı üçün ölənlərin sayının artacağı ehtimal edilir.

Külək evləri yerlə yeksan etməklə yanaşı, elektrik xətlərini kəsib, ağacları kökündən qoparıb. Bəzi bölgələrdə torpaq sürüşmələri qeydə alınıb. 800 min insan evakuasiya edilib. Küləyin sürəti saatda 300 km-dən yüksək olub.

Sabah qasırğanın Vyetnama çatacağı proqnozlaşdırılıb.Haiyan qasırğası dünyada qeydə alınan ən güclü qasırğadır.

ABŞ dvlət katibi Con Kerri Amerikanın Filippinə yardım etməyə hazır olduğunu bildirib.

Metereoloqlar "Hayian" tufanının Bopha qasırğasından daha təhlükəli olacağından ehtiyat edir. Keçən il Bopha qasırğası azı 1100 nəfərin ölümünə səbəb olmuşdu.
XS
SM
MD
LG