Accessibility links

Filippin rəsmilərinin bildirdiyinə görə, Maniladakı gecəqonduda baş verən yanğın nəticəsində minlərlə evə zərər dəyib. Yanğın15 minə qədər insanın küçələrdə qalmasına səbəb olub.

Filippin paytaxtının limanı yaxınlığındakı gecəqonduda çərşənbə axşamı gecə saatlarında başlayan və 10 saata qədər davam edən yanğınn söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib.

Xarabalığı bürüyən alov və qatı tüstü səbəbindən insanlar heç bir dəyərli əşya götürmədən, yalnız canlarını qurtara bilib. Digərləri isə yaşadıqları evləri alovdan qurtarmaq üçün vedrələrlə yanğını söndürməyə çalışıb.

Sakinlərdən biri yanğının yayılmasının səbəbini yanğınsöndürənlərin vaxtında müdaxilə etməməsi ilə izah edib.

Yanğınlar üzrə müstəntiq Edilberto Kruz yanğının çoxu taxtadan inşa edilmiş 3200 evi sıradan çıxardığını və dörd nəfərin hadisə nəticəsində yaralandığını bildirib.

XS
SM
MD
LG