Accessibility links

"Filips kolleksiyası" Vaşinqtona qayıtdı [Video]


Amerikanın ən yaxşı rəssamlarının 200-dən çox əsəri 4 il dünya boyu nümayiş etdirildikdən sonra yenidən Vaşinqtona, Filips kolleksiyasına döndü. Artur Davın “Qırmızı Günəş”, Styuart Devisin “Yumurta Döyən” və Con Qrahamın “Mavi Natryumort”u. Bunlar Filips Kolleksiyasının “Made in USA” adlı sərgiyə qoyulan əsərlərindən bir neçəsidir.

Burada Dunkan Filipsin topladığı II Dünya Müharibəsi illərindən tutmuş, 1850-1965-ci illər arasında 100-dən çox Amerika rəssamının əsərləri nümayiş etdirilir. “Bu əsərlərin nümayişi çox sayda rəssamın tanınması üçün bir fürsətdir,” - deyə muzeyin kuratoru Süzan Frank bildirir.

O, Filipsin Amerika rəssamlarına məxsus muzeydəki əsərlərin 80 faizinin Avropa sənətkarlarının məşhur olduğu bir vaxt topladığını deyir. “O, Amerika rəssamlarının əsərlərini dünyada tanıtmaqda və onları Avropa əsərləri ilə bərabər səviyyəyə qaldırmaqda qərarlı idi."

Muzeydə XIX əsrdə yaşayıb-yaradan Vinslou Homs və Artur Deyvis kimi rəssamların əsərlərindən tutumuş, Müharibədən Sonrakı Abstrakt - Ekspressionizm əsərlər nümayiş etdirilir.

Süzan Frank Filipsin kolleksiyasında insan üzündəki emosiya canlandırılan rəsm əsərlərinə geniş yer verdiyini deyir. “Filipsin topladığı rəsm əsərlərindən onun humanism ideyalarının axtarışında olduğunu görürük. Bunu Filipsin 1926-cı ildə əldə etdiyi Hopperin ilk əsərlərindən olan, səkidə oturmuş tənha bir insanı nümayiş etdirən “Bazar günü” əsərində də görmək olar.”

Dunkan Filips muzeydə rəsm əsərləri nümayiş etdirilən rəssamlarla şəxsən tanış idi. O, onlardan bəzilərinə hətta maliyyə yardımı da göstərmişdi. “Onunla ən yaxın münasibətdə olanlardan biri də rəsmlərini 1920-ci illərdə aşkar etdiyi, Amerikanın abstraktçı rəssamı Artur Dav olub.”

Susan Frank Dankan Filipsin mühacir rəssamlara da yardım etdiyini deyir.

Bu muzeyin məqsədi insanları XX əsrin birinci yarısında Amerika rəssamları tərəfindən yaradılan əsərlərlə tanış etmək və Dankan Filipsin Amerikanın müasir incəsənətini Avropanınkı ilə eyni səviyyəyə çatdırmaq səylərini təşviq etməkdir.
XS
SM
MD
LG