Accessibility links

Bu gün səhər saatlarında Filippində baş verən zəlzələ zamanı azı 93 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı xəbər verilir. 7.2 bal gücündəki zəlzələnin bir neçə tarixi binanın dağılmasına da səbəb olduğu bildirilir.

Zəlzələnin turistlər arasında gözəl çimərlikləri ilə məşhur olan Bohol adasının Cebu boğazı boyunca baş verdiyi, Cebu şəhərində dağılan balıq marketində 4 nəfərin öldüyü deyilir. Yerli rəsmilər dağılan binalar arasında kilsənin və hökumət binasının da olduğunu bildirib.
XS
SM
MD
LG