Accessibility links

Kambocada polislə nümayişçilər arasında qarşıdurma olub


Kamboca polisinin açtığı atəş nəticəsində tətil elan edən tekstil fabrikinin üç işçisi həlak olub.

Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri nümayişçilərə paytaxt Pnom Pendə yolu bağladığına və polisə daş atdıqlarına görə atəş açıblar. Yerli insan haqqları təşkilatı həlak olanların sayını dörd, yaralananların isə 20 nəfər olduğunu bildirib.

15 rahib daxil olmaqla, 20 insanın yaralandığı qarşıdurma xüsusi hərbi qüvvələrin nümayişçiləri dağıtma cəhdi zamanı baş verib.

İnsan haqqları qrupu deyib ki, Pnom Pen şəhərində yerləşən Yak Cin fabriki yaxınlığında 10 nümayişçi həbs olunub. Onlar zorakılıq və xüsusi təhlükəsizlik qüvvələrinə qarşı müqavimət göstərməkdə ittiham olunurlar.
XS
SM
MD
LG