Accessibility links

Siyasi mühacirlər AŞPA-nı korrupsiya faktını araşdırmağa çağırıb


Avropa Şurası binası qarşısında aksiya
Avropa Şurası binası qarşısında aksiya

Yanvarın 23-də Azərbaycandan olan siyasi mühacirlər Avropa Şurasının binası qarşısında korrupsiya faktının araşdırılması və Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə piket keçirib. Aksiya Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstiutunin(RATİ) təşkilatçılığı ilə keçirilib.

RATİ-nin həmtəsisçisi, aksiyanın iştirakçısı Emin Hüseynov Turana bildirib ki, aksiya zamanıAzərbaycanın 58 vətəndaş cəmiyyəti nümayəndəsinin AŞPA deputalarına ünvanladığı müraciətin 300 nüsxəsi onlara çatdırılıb.

AŞPA qarşısında piket
AŞPA qarşısında piket

Müraciətdə Avropa Təhlükəsizlik Təşəbbüsü tərəfindən hazırlanmış hesabatda yer alan və İtaliyanın Milan prokurorluğunun istintaqını apardığıAŞPA-nin keçmiş vitse-prezidenti Luka Volonte ilə bağlı korrupsiya faktının araşdırılması istənilir.

Hesabatda Azərbaycanın xeyrinə səs verməsi üçün AŞPA-nin bir sıra deputalarının rüşvətlə ələ alınması əksini tapıb .

Hüseynovun sözlərinə görə, Azərbaycan QHT fəallarının müraciəti Avropa Şurası Parlament Assambleyasının siyasi qruplarında müzakirə ediləcək.

XS
SM
MD
LG