Accessibility links

Filippində İslam yaraqlıları tərəfindən hücumlar həyata keçirilir

  • Nərminə Cəlalqızı

Filippində İslam yaraqlıları tərəfindən hücumlar həyata keçirilir

Filippində İslam yaraqlıları tərəfindən hücumlar həyata keçirilir

Bomba hücumları və atışmalar nəticəsində azı 15 nəfərin qətlə yetirildiyi, onlarla insanın yaralandığı bildirilir

Filippinin hərbi rəsmiləri bu gün İslam yaraqlıları tərəfindən silsilə bomba hücumları və atışmalar nəticəsində azı 15 nəfərin qətlə yetirildiyini, onlarla insanın yaralandığını bildirmişlər. Rəsmilər deyiblər ki, Əbu Səyyaf qrupunun yaraqlıları polis uniformaları geyərək, Basilan adasındakı İsabella şəhərindəki kilsəyə və hökumət rəsmilərinə qarşı iki bomba hücumu həyata keçirmişlər. Partlayışların 6 mülki vətəndaşın ölümünə səbəb olduğu bildirilir. Rəsmilər mülki vətəndaşları hədəf alan yaraqlılarla hökumətin hərbi qüvvələri arasında toqquşmanın baş verdiyini və nəticədə 4 hərbçinin və 5 yaraqlının öldüyünü xəbər verirlər.

XS
SM
MD
LG