Accessibility links

Yeni idman həbləri [Video]


Yeni idman həbləri
please wait
Embed

No media source currently available

0:00 0:01:50 0:00

İdmanın vücuda xeyri təzə xəbər deyil. Bunun bədənə nə fiziki, nə də psixoloji ziyanı var. İstər sadəcə yerimək, ağırlıq qaldırmaq və ya yerindəcə hərəkət etmək. Lakin bütün bu imtiyazları həblərdən almaq mümkündürmü?

İnsan idmanla müxtəlif səbəblərdən məşğul olur-yaxşı görünmək və ya yaxşı hiss etmək üçün.

İdmanın müsbət təsiri yalnız əzələlərə deyil. Qan, beyin, qan-damar sistemi və başqa orqanlara da təsiri var.

Lakin idman vücudda yağları əridir, şəkəri deyil.

"Araşdırdığımız proqram əsasən yağları əritdiyini, şəkərə isə çox az təsir etdiyini göstərir. Şəkər əsasən beyndə toplaşır. Beynin fəaliyyətini təmin edir " - deyə, SALK Bioloji Araşdırmalar İntitunun alimi Ronadl Evans bildirib.

Alimlər siçanlar üzərində apardıqları təcrübənin nəticəsində kimyəvi maddə aşkar ediblər. Bu, necə deyirlər, yağların şəkər üzərindəki enerji mənbəyi kimi üstünlüyüdür.

"Beyni şəkər idarə etdiyi kimi, bədən uzun zaman yağdan istifadə edə bilər, Məsələ bunun necə yenidən proqramlaşdırılmasındadır. Yəni yağları əritməklə yanaşı, şəkərin də əridilməsi. Bizim həblər bunu idmansız mümkün edir."

Əgər bu, insanlarda işləsə, gündəlik idmanı əvəz edə bilər. Bu dərmanlar həm də idman etməyə qadir olmayan insanlara da böyük imtiyaz vəd edir.

Lakin bu, mükəmməl bir metod deyil, Bu, aerobikanın xeyirlərini təmin edə bilmir.

Siçanlarda bu dərmanlar vücudun dözümlülüyünü artırmaqla yanaşı, ümumi səhhətə yaxşı təsir edib. Alimlər gələn 6 ay ərzində insanlar üzərində keçirəcəkləri sınaqların da eyni nəticələr verəcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG