Accessibility links

Almaniya polisi 149 nəfər və özünü öldürmək məqsədi ilə Airbus laynerini Fransada Alp dağlarına çırpan alman ikinci pilotun evlərində axtarış aparıb.

Cümə günü polis 27 yaşlı Andreas Lubitzin Almaniyanın Dusseldorf şəhərində yaşadığı mənzili və onun valideyinlərinin Montabour şəhərindəki evlərində axtarış aparıb. Polis dəlil kimi bir neçə əşyanı müsadirə edib.

Fransa prokuroru Brays Robin mətbuat konfransında deyib ki, Lubitz baş pilotun kabinəyə girə bilməməsi üçün qapını kilidlədikdən sonra təyyarəni qəsdən qəzaya uğradıb.

Robin deyib ki, təyyarənin qara qutusundan əldə edilən səs yazısına əsasən Lubitzin Airbus A-320 laynerinin istiqamətini dəyişərək,saatda 700 kilometr sürətlə uçan təyyarəni 8 dəqiqədə endirərək dağa çırpıb.

Rəsmilər bildirib ki, Lubitz terrorçu siyahısında olmayıb. Almaniya mətbuatı Lubitzin bundan əvvəl yorğunluq və ya depressiya səbəbindən bir müddət işləmədiyini yazıb.

Almaniya “Der Spiegel” qəzetindən Mattias Qebauer sinif yoldaşı olan Lubitzin 2009-cu ildə yorulduğu üçün uçuş təlimlərə altı ay fasilə verdiyini deyib.

Almaniyanın Bild qəzeti bu məlumatı təsdiqləyərək yazır ki, Lubitz depressiyadan müalicə olunurdu.

XS
SM
MD
LG