Accessibility links

Hərbi təyyarələri qəzalardan qoruyacaq cihaz [Video]


Hərbi təyyarələri qəzalardan qoruyacaq cihaz
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Elbit Systems şirkətinin araşdırma və inkişaf etmə üzrə direktoru sabiq pilot Yaron Kranz deyir ki, iki fərqli psixoloji hal pilotun huşunu itirməsinə səbəb ola bilər.

Yaron Kranz: "Onlardan biri G-Loc və ya G huşunu itirmə, digəri isə beyində oksigen çatışmazlığına səbəb olan hipoksiyadır."

G-LOC ani dönüşlər və sürət yığanda baş verir. Belə halda mərkəzdənqaçma qüvvəsi pilotun beynində normal qan axınını yavaşıdır. Bu sürətdə təyyarəyə nəzarətin itməsi çox vaxt pilotun ölümü ilə nəticələnir.

Hipoksiya və ya beyində oksigen çatışmazlığı çox yüksəkdə hər insanda baş verə bilər. Buna görə də sərnişin təyyarələrində kabin təzyiqinin itirilməsi anı üçün oksigen maskaları var.

Belə hadisələrin qarşısını almaq üçün hazırda olan cihazların ölçüsü boyükdür. Beləliklə Elbit Systems şirkəti və LifeBEAM startup təşkilatı Canary adlanan sistem inkişaf ediblər. Sistem pilotun dəbilqəsinə yerləşdirilmiş kiçik sensorlardan istifadə edir.

Yaron Kranz: "Pilotun həmin sensorları aktivləşdirmək üçün nəsə etməyə ehtiyac yoxdur. Bu kiçik və müdrik sensorlar lazımı fizioloji məlumat toplayıb, həmin informasiyanı çatdırmaq qabiliyətindədirlər."

Nə zaman ki təhlükə yaxınlaşır dəbilqənin ekranında sistem xəbərdarlıq siqnalı yanıb-sönür. Əgər sensorlar pilotun huşunu itirdiyini anlayırsa, o təyyarənin kompyuterinə siqnal göndərərək avtopilotu aktivləşdirir.

Hazırda Elbit Systems şirkəti təkmilləşdirilmiş US F-35 döyüş təyyarəsi və digər Qərb istehsallı təyyarələr üçün Canary sistemini inkişaf etdirir.

XS
SM
MD
LG