Accessibility links

Elm

Pilotların həyatını xilas edəcək yeni cihaz [Video]


ABŞ Nəqliyyat Departamentinin məlumatına əsasən hər il 550-dən çox insan kiçik tipli təyyarə qəzalarında həyatlarını itirir.

Pilot Migel Suarez deyir ki, kiçik təyyarələrdə mühərrik sıradan çıxanda sağ qalmaq ehtimalı az qalal sıfıra enir.

Migel Suarez: "Belə vəziyyətdə ediləsi çox şey qalmır. Siz yerə təhlükəsiz enmək üçün hər şey edib xilas olmaq istəyirsiz, ancaq böyük ehtimalla qəza baş verir."

Madriddə yerləşən III Carlos Universitetinin əməkdaşlığı ilə Suarez və onun partnyoru mühəndis Daniel Kristoballa inkişaf etdirdiyi batareya ilə işləyən yardımçı mühərrik təyyarəni əlavə 7 dəqiqə uçuşla təmin edir.

Migel Suarez: "Biz elektriklə işləyən, qavrama sistemli mühərrik inkişaf etdirmişik. Əsas mühərrik sıradan çıxdığı zaman, bu sistem əsas mühərriki təcrid edir və pilotun təhlükəsiz yer tapıb enməsi üçün əlavə olaraq 20 km məsafə qət edə bilir."

Yardımçı güc mühərriki yüksək keyfiyyətli litium-ion batareyası ilə işləyən elektronik nəzarətə malikdir.

Adi düymə ilə pilot əsas mühərriki söndürür və elektrikli mühərriki yandırır və propellerlərin fırlanmasını davam etdirir.

Adi uçuşlarda sistem batareyanın hər zaman dolu olmasını yoxlayır.

Yardımçı mühərrik həmçinin digər məqsədlər üçün də istifadə edilir.

Daniel Kristobal: "Sistem sadəcə təhlükəsizlik üçün nəzərdə tutulmayıb. O, həmiçinin əlavə gücə ehtiyacınız olduğu zaman əsas mühərrikə güc verən hibrid sistemdir. Məsələn, yerdən qalxdığınız zaman əlavə 40 at gücünə qədər əlavə güc ala bilərsiz."

Digər üstünlük mühərrikin mövcud olan iki və dörd oturacaqlı təyyarələrin çoxunda əsas mühərriklə propeller arasına quraşdırıla bilinməsidir.

Axter Aerospace mühəndisləri hazırda sistemin çəkisinin azaldılması üzərində işləyirlər. Şirkət Avropa Aviasiya Təhlükəsizlik Agentliyinə sertifikat almaq üçün müraciət edib.

XS
SM
MD
LG