Accessibility links

Azərbaycanın ilk qadın pilotu


Leyla Məmmədbəyova
Leyla Məmmədbəyova

Mart ayı qadınların mühüm töhfələrinin tanındığı tarixi ay kimi qeyd olunur.

The Huffington Post.com saytı yazır ki, Leyla Məmmədbəyova Azərbaycanda ilk qadın pilotu olub. (http://www.huffingtonpost.com/entry/breaking-barriers-7-little-known-aviatrixes-who-took_us_58b6f6dce4b015675cf65ae0)

Pilot qadınlar
Pilot qadınlar

Dərgi bildirir ki, Məmmədbəyova həmçinin Cənubi Avropadan Mərkəzi Asiyayadək olan ərazidə tək uçan ilk qadın pilot olub. Leylanın karyerasını qurduğu illər Azərbaycanda bir çox qadının baş örtüyünü atmaq uğrunda mübarizə apardığı vaxta təsadüf edib.

“Ona “səmanın xanımı” adı verilib. Onun cəsarəti və ilhamı stereotipləri qırmağa və Sovet İttifaqında tanınmağa kömək etdi. 1934-cü ildə o, Cənubi Qafqazda paraşüt üzrə yarışmanın qalibi olub. 1940-cı ildə L.Məmmədbəyova öz karyerasını paraşüt məktəbində təlimçi kimi davam etdirib və 2-ci Dünya Müharibəsində döyüşən 4000-ə yaxın paraşütçü hazırlayıb. O, bütün bunların hamısını 6 uşaq böyüdərək edib”, The Huffington Post.com saytında müəllif Mallory Moss Katz qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG