Accessibility links

Pilotsuz karqo fəza gəmisi bu gün Beynəlxalq Fəza Stansiyasına çatacaq

  • Amerikanın səsi

Pilotsuz karqo fəza gəmisi bu gün Beynəlxalq Fəza Stansiyasına çatacaq

Pilotsuz karqo fəza gəmisi bu gün Beynəlxalq Fəza Stansiyasına çatacaq

Rusiya bildirir ki, pilotsuz Progress yükdaşıyan fəza gəmisi bu gün Beynəlxalq Fəza Stansiyasına çatacaq. Progress stansiyadakı astronavtlara ərzaq, su, və paltar kimi zəruri ləvazimatlar, budan başqa ildırım üzərində təhqiqat üçün peyklər gətirib. Rusiya Federal Fəza Agentliyi Roskosmos bildirib ki, Progress Qazağıstanda Baykonur fəza mərkəzindən bazar günü fəzaya qalxıb. Yerə qayıdışında Progress Beynəlxalq Fəza Stansiyasından tullantıları məhv olmaq üçün destruktiv orbitə göndərəcək. Yük atmosferə daxil olarkən yanaraq Sakit Okeanına düşəcək.

XS
SM
MD
LG