Accessibility links

Azərbaycan Ermənistanın pilotsuz uçan aparatını vurduğunu bildirir


Pilotsuz uçan aparat (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Pilotsuz uçan aparat (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti dekabrın 6-da Ermənistan Silahlı Qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edildiyini bildirir.

Mətbuat xidməti pilotsuz uçan aparatın hansı istiqamətdə vurulduğu barədə məlumat yaymayıb. Nazirliyin saytında vurulmuş aparatın fotoları dərc edilib.

Ermənistan tərəfi bununla bağlı hər hansı məlumat yaymayıb.

XS
SM
MD
LG