Accessibility links

Okeanların sağlamlıq barometrlərindən biri pinqvinlər məhv olur

Okeanlar təhlükə altındadır. Balıqçılıq okeanda canlı həyatı məhv olmaq dərəcəsinə çatdırıb. Böyük balıqların 90 faizi tutulub.

Karbon tullantılarının konsentrasiyası suların isinməsinə səbəb olub. Turşuların artması okeanlarda həyatın 3-də 1 hissəsini məhv edib.

Okeanların sağlamlıq barometrlərindən biri pinqvinlərdir.

Onlar uça bilməsələr də, akvaquşlar hesab edilir. İndi olar suların çirklənməsi və balıq ovunun ən böyük qurbanına çevrilib. Pinqvinlər neft sızmaları və yük daşınmalarının mənfi təsiri ilə üzləşib.

Cənubi Afrika Respublikasının Sahil Quşlarının Mühafizəsi Fondunun rəhbəri Vanessa Strausun dediyinə görə, su quşlarının nə dərəcədə zəhərləndiyini müəyyən etmək olmasa da, onlarının nə qədərinin məhv olduğu məlumdur.

İqlim dəyişikliyi pinqvinlərin yemək əldə etməsini çətinləşdirir. Yuvalarını tərk edib daha uzaqlıqlara üzən pinqvinlərin balaları digər dəniz heyvanlarının yeminə çevrilir.

Pinqvinlərin 3-də 2 hissəsi məhv olmaq təhlükəsi qarşısındadır. Okeanlarda həyatın mühafizəsinə çalışan təşkilatlar 3 milyon kvadrat kilometrlik ərazidə balıq ovunun yasaqlanması yolu ilə dəniz heyvanlarını həyatını xilas etməyə çalışır.

Pinqvinlərin qidalandığı dəniz məhsulları da balıqçılıq sayəsində azalmağa başlayıb.

Avropa İttifaqına üzv 24 ölkə hazırda balıqçılıqla bağlı yeni qanun layihəsi üzərində işləyir. Qanun layihəsinə əsasən okeanların mühafizə olunan əraziləri iki dəfə artmalıdır.


XS
SM
MD
LG