Accessibility links

Somali dəniz quldurları ələ keçirdikləri qayığın dörd sərnişinini öldürüblər


Somali dəniz quldurları ələ keçirdikləri qayığın dörd sərnişinini öldürüblər

Somali dəniz quldurları ələ keçirdikləri qayığın dörd sərnişinini öldürüblər

Dərhal tibbi yardımın göstərildiyinə baxmayaraq, dörd amerikalı aldıqları yaralardan keçinib

ABŞ hərbi qüvvələri Somali dəniz quldurları tərəfindən ələ keçirilən qayığın dörd sərnişininin quldurlar tərəfindən öldürüldüyünü deyiblər.

ABŞ Mərkəzi Komandanlığının bu gün verdiyi bəyanatda Birləşmiş Ştatların hərbi qüvvələrinin girovların azad edilməsi ilə bağlı danışıqlar apararkən SV Quest gəmisində güllə səslərinin eşitdiklərini bildiriblər.

Bəyanatda deyilir ki, hərbiçilər qaçırılmış qayığa daxil olarkən qayığın dörd sərnişininin quldurlar tərəfindən öldürüldüyünü aşkar ediblər. Dərhal tibbi yardımın göstərildiyinə baxmayaraq, dörd amerikalı aldıqları yaralardan keçinib.

Hərbiçilər ABŞ sərhəd qüvvələri ilə quldurlar arasında baş verən atışma zamanı iki dəniz qulıdurunun öldürüldüyünü, qalan 13 quldurun isə ələ keçirildiyini deyiblər .

XS
SM
MD
LG