Accessibility links

Ərdəbildə öldürülən tanınmış həkimin qətlininin motivi ilə bağlı yeni iddia


pirzadə

pirzadə

İyulun 23-də Ərdəbildə onkologiya və xərçəng (sərətan) üzrə mütəxəssis doktor Əsğər Pirzadə 23 yaşlı bir gənc tələbə tərəfindən bıçaq zərbələri ilə qətlə yetirilib. Həkimin qətlinin səbəbi araşdırılsa da, bu günədək bu məsələyə aydınlıq gətirilməyib.

İranın Daxili İşlər Naziri Əbulriza Rəhmani Fəzli və səhiyyə nazirinin muavini İrəc Həririçi qətlin səbəbini araşdırmaq üçün xüsusi təlimat veriblər.

Doktor Pirzadənin Savalan dağı və ətrafında uran axtarışları və emalı nəticəsində bu maddənin bölgə sularına qarışdığına inandığı və bu məsələ ilə əlaqədar olaraq iki dəfə Tehrana səfər etdiyi bildirilir.

TRT-nin yazdığna əsasən, Əsğər Pirzadənin Savalan dağında çay sularına radıoaktiv maddələrin qarışdığı haqda xəbərdarlığı ilə bağlı öldürüldüyü iddia edilir.

İddiaya görə, doktor Pirzadə uzun zamandır sulara radioaktiv maddələrin qarışdığı və bunun nəticələri haqda vilayət və ölkə rəsmilərinə xəbərdarlıq edbi.

Doktor Pirzadə Ərdəbil sakinləri arasında xərçəng xəstəliyi hallarının artması və bölgədə xəstəliyin Yaxın Şərqdə ən çox yayıldığı yer olması ilə bağlı tədqiqat aparmışdı.

Tanınmış həkimin ölümünün məhz bu araşdırma və onun xəbərdarlığı ilə bağlı olduğu iddia edilir.

Bu arada, Ərdəbil prokuroru Nasir Ətəbati bildirib ki, doktor Pirzadəni qətlə yetirmiş 23 yaşlı gənc nəzarətə altında olduğu müddətdə özünü öldürməyə cəhd göstərib, lakin məsullar onu xilas ediblər.

Prokuror Ətbati qətlin səbəbinin " şəxsi düşmənçilik" olduğunu qeyd edib və qatillə öldürülən arasında "xüsusi münasibət" haqda iddiaları təkzib edib. Bəziləri isə "xüsusi münasibət" haqda iddiaların qətlin əsl səbəbinin gizlədilməsi üçün irəli sürüldüyünü deyir.

Ərdəbil tibb universitetinin rektoru və şəhərin imamı əhalini təmkin göstərməyə və təhqiqat bitmədən nəticə çıxarmamağa çağırıb.

XS
SM
MD
LG