Accessibility links

NATO Rusiyaya xəbərdarlıq etdi


NATO Rusiyaya Ukraynada sabitliyin pozulmasına gətirib çıxaran "qeyri-qanuni hərbi əməliyyatlarını" dayandırması barədə xəbərdarlıq edib.

NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynadakı böhran barədə müzakirə aparmaq üçün bu gün Brüsseldə təcili yığıncaq çağırıb. Cənab Rasmussen deyib ki, Rusiya ordusunun Ukrayna sərhədini qanunsuz keçdiyi artıq göz qabağındadır. O, belə halların çox olduğunu və artıq bir neçə aydır Ukraynanın suverenliyinin pozulduğunu deyib.

NATO-nun baş katibi Ukraynanın həm Moskva, həm də daxildən təzyiqlərə məruz qaldığını deyib və əlavə edib ki, təxminlərə görə Ukraynadakı hərbi əməliyyatlarda minə qədər rus hərbiçisi iştirak edir.

Bu arada isə Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki Moskva tərəfdarı separatçıları mühasirəyə saldıqları Ukrayna əsgərlərini azad etməyə çağırırb. Kremlin bu gün açıqladığı bəyanatda cənab Putin yaraqlılara müraciət edərək deyib ki, mənasız ölümlərin olmaması üçün humanitar koridor açılmalıdır.

Lakin Rusiya mediası ilə söhbəti zamanı rüsiyapərəst separatçıların lideri Aleksandr Zaxarçenko əmrə Ukrayna əsgərləri silahı təhvil verdiyi təqdirdə tabe olmağa hazır olduğunu deyib.

Artıq bir həftədən çoxdur ki. Ukrayna hərbiçiləri İlovaysk şəhərində Rusiya tərəfdarı separatçılar tərəfindən mühasirəyə alınıb.

XS
SM
MD
LG