Accessibility links

Surin Pitsuvanın ASEAN-a rəhbərlik müddəti başa çatır [Audio]




ASEAN - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının baş katibi Surin Pitsuvanın 5 illik iş müddəti başa çatır. İrvin Loy Phnom Penh-dən verdiyi hesabatında tailandlı Surin Pitsuvanın ASEAN təşkilatının ən tanınmış başçılarından biri olub. Amma o, nə işlər görüb?

Surin Pitsuvan 2008-ci ildə ASEAN-a başçı vəzifəsinə gələndə o, ciddi sınaqlarla üzləşdi. Həmin ilin may ayında Birmada baş verən Nərgiz siklonu yaşayış məntəqələrini yerlə yeksan etdi və azı 138 000 insanın həyatına son qoydu.
O zaman Birma beynəlxalq aləmdən təcrid olunmuş bir hökumətə malik idi. ASEAN-da 10 üzvünün olmasına baxmayaraq belə, bu bölgənin hansı regional qrupa mənsub olduğu məlum deyildi.

Birma əvvəlcə beynəlxalq yardımı rədd etdi. Lakin ASEAN-ın təcili yığıncağından sonra Birma rəsmiləri tibbi heyətin ölkəyə daxil olmalarına icazə verdilər.

İndi, 5 il əvvələ baxanda Surin Birmaya müdaxilənin ölkədə böyük dəyişikliklərə səbəb olduğuna inandığını deyir. “Mən düşünürəm ki, bizim birgə fəaliyyətlərimiz nəinki ASEAN-la, ümumilikdə beynəlxalq aləmlə təmaslar onlarda narahatlıqları azaltdı."

Bu, sabiq siyasətçinn ilk qələbəsi idi. Surinin “ASEAN-ın yolu” adlandırdığı blok consensus və konfrantasiyaya gedərək, böyük problemləri tez bir zamanda həll edə bildi. Surin deyir ki, işlədiyi müddətdə təşkilatın 600 milyondan çox insan üçün daha açıq, daha aktual, daha şəffaf olması yolunda çalışıb və ASEAN-ın cəmiyyətdə imicinin yüksəlməsinə nail olub. “Lakin mən düşünürəm ki, daha çox iş görə bilərdim, Mən arxaya baxıb, daha realst olmalıyam. Bəzi insanlar, bəzi dövlətlər, bəzi rütbəli şəxslər yəqin ki, tam açıq olmağa hazır deyillər. Onlar vətəndaş cəmiyyətlərinin açıq olduğunu desələr də, hər şeyi özlərinə uyğunlaşdırmağa çalışırlar. Bu, çətin işdir.”

Pavin Çaçavalpongpun Kyoto universitetinin siyasi təhlilçisidir. O, Birmada baş verən Nərgiz siklonuna ASEAN-ın reaksiyasını uğurlu hesab edir. Lakin o, Surinin bundan əvvəl vediyi vədləri yerinə yetirmədiyini deyir. “İlk 1 və ya 2 ildə o, çox gözəl işlər gördü. O, özünün liderliyini yüksək səviyyədə göstərə bildi. Birma ilə xaric arasında körpü oldu. Nərgiz qasırğasından sonrakı reabilitasiya işlərində ASEAN böyük işlər gördü. Bu, Surinin əməyinin bəhrəsidir. Təəssüflər olsun ki, bununla onun işləri bitir.”

Yeni Cənubi Vels universitetində ASEAN üzrə təhlilçi Çarlil Tayer isə Surinin təşkilatda möhtəşəm işlər gördüyünü deyir. Tayerin sözlərinə görə ASEAN-ın Birmada təriqətlərarası ixtilafa müsbət reaksiyası məhz Surinin baş katibliyi sayəsində mümkün olub. Lakin qələbə həmişə müyəssər olmur. “İş həmişə qələbə çalmaqda deyil, o, bir baş katib kimi daha müstəqil idi. O, müdaxiləçi deyildi, o, fəal idi. Kənardan istənilən kimi, hər şeyi tez bir zamanda həll etmək mümkün deyil, Mənim üçün əsas onun gördüyü işlərdir.”

Gələcək 5 ildə isə Surini vəzifədə BMT-nin sabiq səfiri, vyetnamlı diplomat Li Lonq Minh əvəz edəcək.
XS
SM
MD
LG