Accessibility links

Elm

Pizza bişirən robot [Video]


Belə görünür ki, yaxın gələcəkdə pizza dükanlarından alacağımız pizza robotlar tərəfindən hazırlanıb, bişiriləcək. Kaliforniyada yerləşən Zume startap şirkəti eksperiment’ başlayıb. Şirkətin artıq iki robotu yorulmadan pulsuz işləyir. Şikət gəlirlərini artırmağı planlaşdırır. Bəs pizza bişirən aşpazlar necə olacaq? Robotlar onların işini əllərindən alacaq?

Bu, Zume pizza dükanında işləyən iki robotdan biridir.

Pizzanın üstü sous və inqridentlərlə tam örtüldükdə robot pizzanı sobaya qoyur.

Culya Kollins: “Biz pendir və ya pepperoninin düzülməsi kimi işlərdə insan əməyi üçün daha az pul xərcləyirik. Biz bu işləri avtomatlaşdırmışıq. Beləliklə biz yüksək keyfiyyətli ərzağa daha çox pul xərcləyə bilərik.”

Müştərilər də bunu bəyənir.

Çarity Suzuki: “Pizza gəldiyi zaman isti və təravətli olur. Məncə onların etdikləri möhtəşəmdir. Lakin bunu robot, yaxud insanın bişirdiyini deyə bilməzsən.”

Zume şirkətinin daha bir ixtirası yoldadır. 56 soba quraşdırılmış pizza daşıyan maşın. Maşın məhəllədə dövr vuraraq, müştərinin evinə çatmağa az qalmış pizza sobadan çıxacaq.

Şirkət həmçinin çatdırılma müddətini softveyrdən istifadə edərək müştərilərin nə vaxt və nə cür pizza sifariş edəcəyi ilə qısaldacaq.

Bu, Bistrobotdur. Müştərilər cihazın pizzanı nece düzətdiyinə baxır.

Cey Rippert: “Siz bir neçə dollara sandviç ala bilərsiz və bu möhtəşəm cihazın sizə necə sandviç düzəltdiyinə baxa bilərsiz. Bununla yanaşı o sürətlidir, ucuzdur və bu təcrübəni insanlarla paylaşmaq xoşdur.”

Ekspertlər deyir ki, bu, yemək sənayesində inkişaf edən tendensiyadır. Lakin onlar robotların işləri yerinə yetirməkdə əziyyət çəkdiklərini deyirlər.

Ken Qoldberq: “Tədqiqatlar 50 ildir davam edir. Biz inkişaf əldə etmişik. Lakin hələ də problemlər mövcuddur. Mən restorant işçilərini əmin etmək istəyirəm ki, onların qabiliyyətləri hər zaman dəyərli olacaq.”

Bu o deməkdir ki, insanların görəcəyi kifayət qədər iş hələ də mövcuddur.

Aleks Qarden: “Biz insanların gördüyü işlərdə böyük dəyişiklər görəcəyik. Lakin bunu təsiri eyni olacaq. İşlərdəki darıxdırıcılıq, təkrarçılıq, təhlükə aradan qaldırılacaq və insanlar daha dəyərli işlərlə məşğul olacaq.”

Bizim gördüklərimiz hələ başlanğıçdır. Mətbəxlərimizdə günü-gündən daha çox robot görməyə hazır olun.

XS
SM
MD
LG