Accessibility links

Prosesin uç-dörd ay çəkəcəyi gözlənilir

Kürd yaraqlıları Türkiyə ərazisini tədricən tərk etməyə başlayıblar. Türkiyə hökümətinin atdığı bu addım sülh prosesinin başlanğıcı kimi qiymətləndirilir.

Türkiyə təhlükəsizlik qüvvələri İraqla sərhəddə yerləşdirilib. Kürdistan Fəhlə partiyası PKK-nin iki mindən nəfərdən ibarət kiçik bir qrupu sərhəddə doğru yönəlib. Kürd yönümlü millət vəkili Səlahəttin Dəmirtaş üsyançıların gərginliyə yol verməmək və ictimaiyyətə görünməmək üçün gecə vaxtı hərəkət etdiklərini bildirib.

Türkiyə höküməti üsyançıların ölkədən çıxarılması prosesinin ilk mərhələsinin baş verdiyini hələ təsdiq etməyib. Prosesin üç-dörd ay çəkəcəyi gözlənilir.

Üsyançıların Türkiyədən çıxarılmasına PKK başçısı Murat Karayılan tərəfindən əmr verilib. Razılıq həbsdə olan PKK lideri Abdullah Öcalan və Türkiyə rəsmiləri arasında 30 il davam edən münaqişəni dayandirmağa yönəlmiş ən böyük addım kimi qiymətləndirilir.
XS
SM
MD
LG