Accessibility links

PKK bir polis işçisinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb


PKK bir polis işçisinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb
PKK bir polis işçisinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb

Fəaliyyəti qadağan edilən Kürdüstan Fəhlə partiyası-PKK bir polis işçisinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb. Yerli mətbuatın bildirdiyinə görə, partiyanın bu gün açıqladığı bəyanatda Ədalət və İnkişaf Partiyasının seçki kampaniyasına qarşı hücumun PKK partizanları tərəfindən həyata keçirildiyi deyilir. Firat xəbər agentliyinin məlumatına görə, hücum polis terrorunun qısası kimi qiymətləndirilir. Türkiyə rəsmiləri bundan əvvəl hücuma görə PKK-nı ittiham etmişdi. Kürdüstan Fəhlə Partiyası ABŞ və Avropa İttifaqının terrorçular siyahısında yer alır.

XS
SM
MD
LG