Accessibility links

Türkiyənin cənub-şərq bölgəsi rəsmilərinin bildirdiyinə görə, kürdlərin fəaliyyəti qadağan edilmiş PKK yaraqlılarının bu gün Diyarbakır vilayətinin Cinar şəhərində avtomobilə yerləşdirilmiş bomba partlalayışı 200-dən artıq adamın ölümünə, çoxsaylı insanın yaralanmasına səbəb olub.

Vilayət qubernatorunun ofisindən alınan məlumatda hədəfin polis məntəqəsi və yaxınlıqdakı polis işçilərinin ailələrinin yaşadıqları evlər olduğu deyilir. Məlumatda yaraqlıların kompleksə silahlı hücum etdikləri də bildirilir.

Türkiyə prezidenti PKK-ya qarşı əməliyyatların intensivləşdiriləcəyini bəyan edib.

Diyabəkir vilayətində həyata keçirilən hücumla bağlı Rəcəb Tayyib Ərdoğan qrup məhv edilməyənədək hərbi əməliyyatlara son qoyulmayacağına and içib.

Hökumətlə yaraqlı qrup arasında əldə edilən və İki ildən çox sürən atəşkəs razılığından sonra Türkiyə ordusu keçən iyul ayından bəri PKK-nın Türkiyənin cənub-şərq bölgəsindəki hədəflərini yenidən bombalamağa başlayıb.

XS
SM
MD
LG