Accessibility links

PKK militantları türk əsgərləri pusquya salıb

  • Amerikanın səsi

Türkiyə İraqın şimalına hava zərbələri endirib

Türkiyə İraqın şimalına hava zərbələri endirib

Türkiyə rəsmiləri yolkənarı bomba partlayışı nəticəsində üç əsgərin həlak olduğunu və ikisinin yaralandığını xəbər verirlər. İnsident kürd qiyamçıların son zamanlar aktivləşdiyi cənub-şərq regionunda baş verib.

Rəsmilər deyirlər ki, partlayış bazar günü səhər, Türkiyə hərbçiləri Hakkari vilayətindən keçərkən baş verib. İyul ayından bəri bu regionda PKK militantları 40-dan çox türk əsgəri öldürüblər.

Anadolu xəbər agentliyi bildirir ki, Hakkarinin başqa guşəsində əsgərlər yolkənarı bomba basdırarkən iki PKK militantını öldürüb.

Türkiyə hərbi qüvvələri PKK-nın hücunlarına cavab olaraq bu günlərdə İraqın şimalında PKK hədəflərinə hava zərbələri endirib.

XS
SM
MD
LG